DOĞUM TARİXİ: 19.08.2000
REPERTUAR MÜDDƏTİ: 2 saat
PROQRAMDAN KƏNARA ÇIXMA (İMPROVİZASİYA): Mümkündür
ÇIXIŞ ETDİYİ MƏKANLAR: East Town
İFAÇI HAQQINDA: Anar Vəlizadə Azərbaycan Milli Konservatoriyasının Magistr pilləsini Balaban ixtisası üzrə bitirib. Uşaq yaşlarından balabandan fərqli olaraq nağaraya həvəsi olmuşdur və musiqi məktəbində Nağara ixtisası üzrə təhsil alıb. Musiqi məktəbində olarkən “Natiq Ritm Qrupunun” üzvü olmuş və qrupla bir çox Dövlət əhəmiyyətli tədbirlərdə, Festivallarda iştirak edib. 5 illik Musiqi məktəbinin sonunda Balaban ixtisası üzrə eyni Musiqi məktəbində təhsil alıb, yoluna Balaban aləti ilə davam etdirmək qərarına gəlib. 2017-ci ildə Milli Konservatoriya daxil oldu və Balaban aləti ilə konsertlərdə, yarışmalarda iştirak edib. Ulu Öndər Heydər Əliyevin 95 illiyinə həsr olunmuş müsabiqədə 1-ci yerə layiq görülüb. İtaliyanların Azərbaycanda keçirtdiyi müsabiqədə 1-ci yerə layiq görülüb. Dahi bəstəkarımız Qara Qarayevə həsr edilmiş müsabiqədə 1-ci yeri qazanıb. Azərbaycandan kənar onlayn yolla Amerikada keçirilən, münsifi erməni olan müsabiqədə 1-ci yerə layiq görülüb və New York şəhərində yerləşən Dünyanın ən böyük səhnələrindən biri olan Cornegie Hall-da çıxıs edərək Azərbaycanın adını 50-dən çox ölkənin iştirak etdiyi müsabiqədə 1-ci pillədə dalğalandırıb. Bundan sonra Vətənimizi bir çox ölkələrdə də milli alətimiz Balabanla təmsil edib. Balabanda ilk dəfə olan Caz Standart ifa edib improvizəni bebop janrında və muğamla sintez edib. Hazırda Respublika və Beynəlxalq müsabiqələr laureatıdı. Saksofonla da daha yaxından məşğul olur. Azərbaycan və xarici musiqilərdən repertuarında istifadə edir.