DOĞUM TARİXİ: 10.10.1987
DƏRSİN KEÇİRİLDİYİ DİL: Azərbaycan dili, Rus dili, İngilis dili
DƏRSİN MÜDDƏTİ: Fərdi şəkildə 1 dərs – 45-60 dəqiqə
DƏRSİN YAŞ KATEQORİYASI: Məhdudiyyətsiz
DƏRSİN MƏKANI: Qara Qarayev adına Musiqi Məktəbi
MÜƏLLİM HAQQINDA: Süleymanova Humay Tahir qızı Bakı şəhərində anadan olub. 1994-cü ildə Nəsimi rayonu 42 saylı orta məktəbə daxil olub. 1995-ci ildə Əfrasiyab Bədəlbəyli adına 23 nömrəli Musiqi məktəbinin fortepiano sinfinə daxil olub və orada 7 yaşından məktəbin xor solisti olub. ”Pöhrə”, ”İstedadlar axtarırıq”, ”Bakı payızı” kimi müsabiqələrdə, Respublika və Beynəlxalq müsabiqələrin lauretı və Fəxri Fərmanlar alıb. 2001-ci ildə Vasif Adıgözəlovun təşəbbüsü ilə Şuşa qaçqınlarına həsr olunmuş konsertdə Vasif Adıgözəlovun “Konsertini” pianoda ifa edib və həmin ildə də Nəriman Əzimovun dirijorluğu ilə “Xalq çalğı alətləri orkestri” ilə Pianoda ifa edib. Aztv-nin “Qızıl fonduna” lentə alınıb. Həmin illərdə Xalq artisti Natavan Şeyxovadan vokal dərsləri alıb.
2001-ci ildə Roma Papası II İohann Pavelin Bakıya səfəri zamanı Prezident sarayında Ümummilli liderimiz Heydər Əliyevin qarşısında fəxri qonağın şərəfinə konsertdə ifa edib.
2002-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbinin vokal şöbəsinə daxil olub, 2005-ci ildə oranı uğurla bitirib. 2005-ci ildə “Bakı Musiqi Akademiyası”-na daxil olub, Xalq artisti, Şöhrət ordenli Fidan Qasımovanın tələbəsi olub.
2006-cı ildən Azərbaycan Televiziyasının Estrada simfonik orkestri ilə Dövlət konsertlərində çıxış edib və 2008-ci ildən Azərbaycan Televiziyasının solisti olub.
2010-cu ildə Azərbaycan Televiziyasının “Səadət” verilişinin orkestrində də çalışıb.
2010-cu ildən indiyə qədər Rauf Babayevin rəhbərliyi altında “Qaya Dövlət ansamblının solisti olub. Bu illər ərzində mütəmadi olaraq Dövlət tədbirlərinin və konsertlərinin daimi iştirakçısı olub. Elə bu ildə də “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası tərəfindən Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə “Təşəkkürnamə” ilə təltif olunub.
2014-cü ildən Qara Qarayev adına İncəsənət Musiqi məktəbində vokal üzrə pedaqoq vəzifəsində çalışır. Hazırladığı bir çox şagirdləri müxtəlif Respublika üzrə və Beynəlxalq müsabiqələrin qalibləri və laureatlarıdırlar.
2016-cı ildə “Bakı payızı” müsabiqəsinin münsifi olub.
2018-ci ildə Beynəlxalq “Harmoniya” müsabiqəsində ən yaxşı Vokal müəlliməsi Diplomuna layiq görülüb.
2020-ci ildə “Var səsinlə” Beynəlxalq müsabiqəsinin Azərbaycan uşaq vokal komandasının vokal təlimçisi olub “Россотрудничество», «Дети помогают детям» və «24 мир» təşkilatları adından “Təşəkkürnamə” ilə təltif olunub.
2021-ci ildə Azərbaycan Xoreoqrafiya Kollecinin vokal şöbəsində müəllim kimi çalışmağa başlayb.
2021-ci ildə İctimai TV kanalının dəstəyi ilə keçirilən dünya üzrə “The Voice” müsabiqəsini “Səs Azərbaycan” vokal müsabiqəsinin vokal təlimçisi olub.