DOĞUM TARİXİ: 30.11.1999
MUSİQİ TƏCRÜBƏSİ: 7 il
PROQRAMDAN KƏNARA ÇIXMA (İMPROVİZASİYA): Xeyr, repertuarımdan kənar çıxmıram
İFA ETDİYİ MƏKANLAR: Cozzy, Shamaxi Palace
AVADANLIĞI: Planşet, Mikrofon
İFAÇI HAQQINDA: 2003-2020 “Çiçəyim” uşaq teatrın üzvü. Teatrın bütün tədbirlərində, tamaşalarında, xeyriyyə konsertlərində, uşaq evlərində, qocalar evlərində çıxış eləmişəm.
2011-2013-cü illərdə Kamran İsrafilov ilə “İctimai” televiziyasında yayımlanan “Uşaqların Şəhəri” verlişinin aparıcısı olmuşam.
2011-ci ildə Kamran İsrafilov ilə “GünAz” televiziyasında yayımlanan “Bilik Yarışması”-nın aparıcısı, 2010-2020-ci illərdə “Heydər Əliyev Fondu”-nun təşkil etdiyi “Buta Palace”-da keçirilən kimsəsiz uşaqlar üçün Yeni İl şənliyi, 2002-2011-ci illərdə Heydər Əliyev Sarayında keçirilən bütün uşaq tədbirlərində, Sezonun açılışında, müxtəlif festivallarda, Yeni İl şənliyində, Novruz bayramında,1 iyun Uşaqların Müdafiə Gününə həsr olunan tədbirlərdə çıxış eləmişəm.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrı, Azərbaycan Dövlət Rus Dram teatrı, Rəşid Behbudov Adına Mahnı teatrı, Kukla teatrında dəfələrlə aktyor və aparıcı kimi çıxış etmişəm.
2007-2012-ci illərdə Türkiyədə keçirilən “23 Nissan Beynalxalq Uşaq Festivalı”-da teatr, rəqs və rəssamlıq üzrə yarışma, 2005-2015 illərdə Azərbaycan televiziyasının kanallarında (AZTv, Lider TV, Space TV, İTV) çıxış eləmişəm.
2013-cü ildə “Bu Mənəm” adlı layihə, disk təqdimatı, 2015-ci ildə “Bu Mənəm 2” adlı layihə, disk təqdimatı, Samirə Allahverdi ilə duet, 2005-2016 illərdə Azərbayan Respublikasının Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi təşkil etdiyi tədbirlərində çıxışlar, 2014-cü ildə Azərbayan Uşaqlarının 3-cü Ümumrespublika Forumun iştirakçısı olmuşam.
2007-2014 illərdə 10 may Ulu Öndərimiz Heydər Əliyevin ad gününə və Güllər Bayramına həsr olunan tədbirlərdə çıxış etmişəm.
2015-2016 illərdə Azərbaycanda “QN UKM” ilk Kino məktəbinin şagirdi, 2015 il “8 чудо света” KVN komandasının üzvü, 2013-2014 illərdə Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində çıxışlar, 2011-2012 illərdə Ukrayna Səfirliyinin təşkil etdiyi konsert və tədbirlərində çıxış etmişəm.
2012-ci ildə Yazıçılar İttifaqında Anarnan görüşdə çıxış, 2015-ci ildə “Rüfət və Dostları” qısa metrajlı filmdə çəkilmişəm.
2017-ci ildə “10Line” radioda aparıcı olmuşam.
2021-ci ildə “Səs Azərbaycan” layihəsinin iştirakçısı olmuşam. Hal-hazırda Akademik Rus Dram Teatrının Aktrisasıyam.