DOĞUM TARİXİ: 14.09.1993
REPERTUAR MÜDDƏTİ: 2 saat
PROQRAMDAN KƏNARA ÇIXMA (İMPROVİZASİYA): Mümkündür
ÇIXIŞ ETDİYİ MƏKANLAR: WhyBe, Le Kebab, Nar Şərab, Lido, Mangal, Atatürk Park Restoranı, Çanaqqala
İFAÇI HAQQINDA: Məmmədov Səxavət Bəhram oğlu 1993-cü ildə Bakı şəhərində anadan olub. İlk musiqi təhsilini 2004-2009-cu illərdə Bakıxanov qəsəbəsi 4 saylı uşaq musiqi məktəbində alıb. 2009-2013-cü illərdə Asəf Zeynallı adına musiqi kollecini “Fərqlənmə” diplomu ilə bitirib. 2013-2017-ci illərdə Azərbaycan Milli Konservatoriyasında bakalavr, 2017-2019-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetində magistr pilləsi üzrə təhsilini almışdır.
Bir çox müsabiqələr qalibi və laureatı olub. 2012-ci il xalq artisti Əhmədxan Bakıxanovun 120 illik yubileyinə həsr olunmuş “Tar ifaçılarının muğam müsabiqəsi”-də 1-ci yerə sahib olub. 2013-cü ildə bəstəkar Süleyman Ələsgərov adına mükafatı “Laureatı”, Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş 2-ci Respublika müsabiqəsi Laureatı, 2014-cü il İran İslam Respublikasında keçirilən Beynəlxalq “Fəcr” festivalı (Qrup şəklində 1-ci yer), 2018-ci ildə Beynəlxalq Muğam Mərkəzində “Sarı simin lisanı” adlı solo konsert, 2019-cu ildə Rusiyanın Sankt-Peterburq və Qazaxstanın Astana şəhərlərində konsert proqramı ilə çıxış etmişdir. O, 2022-ci ildə “Altın Zirvə Ödülləri” mükafatına layiq görülmüşdür. Həmən ildə Türkiyənin İzmir şəhərində konsert proqramı ilə çıxış edib. Səxavət Özbəkistanın Taşkənt şəhərində Zor_tv televiziyasında çıxışı ilə yadda qalıb.
2012-2019-cu illərdə Azəbaycan Dövlət Televiziya və Radiosu, Əhsən Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblında “Konsertmestr” vəzifəsində çalışıb. 2019-cu ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetində “ADMIU” tar müəllimi vəzifəsində çalışır.